“Elm haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə salınıb

“Elm haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə salınıb
# 29 sentyabr 2014 15:21 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirilib.

Komitə sədri Şəmsəddin Hacıyev bildirib ki, artıq qanun layihəsinin hazırlanması başa çatıb və müzakirəyə çıxarılması üçün heç bir problem yoxdur. O qeyd edib ki, bəzi mübahisəli məqamlar AMEA və digər müvafiq strukturlarla artıq razılaşdırılıb: “Məqsəd bu qanunun, nəhayət, bu il Azərbaycanda qəbul edə bilməyimizdir”.

Bildirilib ki, “Elm haqqında” qanun layihəsi 1999-cu ildə birinci oxunuşda qəbul olunsa da, sonrakı illərdə qanunun tam qəbulu bu günə qədər ləngiyib.

Qanunda gənclərin elmin inkişafında rolunun artırılması xüsusi nəzərdə tutulur. Qanun vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə etməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq. Layihədə elmi işçinin hüquq və vəzifələri, attestasiyası, işə qəbul qaydası, elmi dərəcə və adların verilməsi, elmi işçilərin sosial müdafiəsi, mükafatlandırılması, elmi fəaliyyətin stimullaşdırılması mexanizmləri, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər əksini tapıb. Qanun layihəsi iş planı üçün komitə tərəfindən təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR