Gəncədə 42 minə yaxın sənədsiz ev var

Gəncədə 42 minə yaxın sənədsiz ev var
# 04 fevral 2013 15:35 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Daşınmaz əmlakın qeydiyyatı sahəsində elektron xidmət Gəncədə sənədsiz evlərin qeydiyyatı məsələsini həll edəcək. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə “Regionlarda daşınmaz əmlakın qeydiyyatı sahəsində elektron xidmətlərin təşkili” mövzusunda keçirilən ictimai təqdimatda verib.

Onun sözlərinə görə, Gəncədə sənədsiz evlərə əsasən ətraf rayonların inzibatı ərazilərinə düşən hissələrində rast gəlinir. E.Vəliyev artıq Goranboy, Daşkəsən, Göygöl rayonlarından ayrılan torpaqlar hesabına Gəncənin ərazisinin 2694 hektar artırılaraq 12 min 500 hektara çatdırıldığını və bundan sonra sözügedən sənədsiz evlərin qeydiyyat məsələsinin həll ediləcəyini bildirib.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun verdiyi məlumata görə, respublika ərazisində 450 minə yaxın qeyri-qanuni tikili var: “Qanunsuz tikililərlə bağlı hökumət tərəfindən xüsusi konsepsiya hazırlanır və burada onların sənədləşməsi ilə bağlı məsələlərə baxılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR