Azərbaycanda quldurluqda və digər cinayətlərdə təqsirləndirilən dünya çempionuna və onun tanışına hökm oxunub

Azərbaycanda quldurluqda və digər cinayətlərdə təqsirləndirilən dünya çempionuna və onun tanışına hökm oxunub
# 12 noyabr 2014 08:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və digər cinayətlərdə təqsirləndirilən Saday İsmayılov və Vaqif İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, S. İsmayılov 12,5 il, V. İbadov isə 13,5 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, hər iki şəxs Əli Məmmədovu hədələyərək 120 min manatını alıblar.

Məlumata görə, S. İsmayılov güləş üzrə dünya çempionu adına layiq görülüb, Azərbaycan Güləş Federasiyasının idman işləri üzrə şöbə müdiri olub.

Sözügedən şəxslər Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə), 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR