Bakıda gecə klubunda baş vermiş qətl hadisəsi ilə əlaqədar iki əmioğlu məhkəmə zalında həbs edilib

Bakıda gecə klubunda baş vermiş qətl hadisəsi ilə əlaqədar iki əmioğlu məhkəmə zalında həbs edilib
# 07 noyabr 2014 10:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda qətl hadisəsi törətməkdə təqsirləndirilən Zaur Abdullayev, Tural və Rəşad Ququşovların cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Z. Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən şəxslər – Tural və Rəşad Ququşovlar isə məhkəmə zalından həbs olunaraq hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il avqustun 18-də paytaxtın Xəqani küçəsində “Troya” gecə klubunda bir neçə şəxs arasında dava baş verib. Hadisə nəticəsində xəsarət alan Bakı şəhər sakinləri Səbuhi Şərəfov və Orxan Cümşüdov xəstəxanaya yerləşdiriliblər. S. Şərəfov aldığı bıçaq xəsarətlərindən həmin gün xəstəxanada dünyasını dəyişib.

Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zaur Abdullayev tutulub. Tural və Rəşad Ququşovlar isə istintaqa cəlb olunsalar da, onların barələrində həbs-qətimkan tədbiri seçilməyib.

Onu da qeyd edək ki, Tural və Rəşad əmioğludurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR