Ketrin Eşton: “İrandan “altılıq” ölkələrinin yer və vaxtla bağlı təklifinə rəsmi şəkildə cavab gözləyirik”

Ketrin Eşton: “İrandan “altılıq” ölkələrinin yer və vaxtla bağlı təklifinə rəsmi şəkildə cavab gözləyirik”
# 03 fevral 2013 18:00 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. ““Altılıq” ölkələri İranın nüvə proqramıyla bağlı müzakirələrinin aparılması üçün Tehrana irəli sürdüyü təklifinə rəsmi cavab gözləyir”.

APA-nın məlumatına görə, bu barədə Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton açıqlama verib.

O deyib ki, İran görüşün fevralın 25-də Qazağıstanda keçirilməsini üçün rəsmi şəkildə razılıq bildirməlidir.

Almaniyada keçirilən 49-cu Münhen təhlükəsizlik konfrasında iştirak edən İranın xarici işlər naziri Əli Əkbər Salehi “altılıq” ölkələri ilə görüşün fevralın 25-də Qazağıstanda keçiriləcəyini desə də, Avropa Birliyi bu cavabın rəsmi təsdiqini gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR