Polşa hotelləri futbol üzrə Avropa çempionatı ərəfəsində qiymətləri aşağı salıb
24 may 2012 13:23 (UTC +04:00)
Bakı - APA-Economics. Polşa hotelləri iyunun 8-də başlayacaq futbol üzrə Avropa çempionatı ərəfəsində qiymətləri aşağı salıb.
“APA-Economics”in “Rzeczpospolita” qəzetinə istinadən xəbərinə görə, buna səbəb ölkəyə gözlənilən sayda turistin gəlməməsidir.
Qəzet yazır ki, turnirin başlanmasına iki həftə qalsa da, Polşa hotellərində hələ bir neçə min yer satılmamış qalıb: “Varşavada dördulduzlu hoteldə iyunun 10-da gecələmək cəmi 65 dollara başa gələcək və bu cür təkliflər çox olacaq”.
Amma oyunlar keçiriləcək günlərdə bu qiymətlər baha (200 dollara yaxın) olacaq. Mütəxəssislər isə düşünürlər ki, çempionatın yaxınlaşması ilə hotellər qiymətləri hətta oyun günlərində də ucuz etməli olacaqlar.
Qeyd edək ki, futbol üzrə Avropa çempionatı iyulun 1-dək Polşa və Ukraynada keçiriləcək.

Turizm
Kopenhagen-Tokio reysi üzrə uçan təyyarə Bakıya təcili eniş edib
21:58
9 may 2024
DTA: Gələn il turizm sektoru üçün gərgin dövr olacaq
10:52
8 may 2024
Bu il Azərbaycandan xaricə hava yolu ilə 1 mln. sərnişin daşınıb
17:47
7 may 2024
Azərbaycan Körfəz ölkələri arasında ən çox səyahət edilən ölkə seçilib
16:45
7 may 2024