Azərbaycan hərbçiləri Rusiya Hərbi Hava Qüvvələrinin 100 illiyi münasibətilə Moskvada keçiriləcək aviaşouya dəvət olunub

Azərbaycan hərbçiləri Rusiya Hərbi Hava Qüvvələrinin 100 illiyi münasibətilə Moskvada keçiriləcək aviaşouya dəvət olunub
# 02 iyul 2012 11:44 (UTC +04:00)
Bakı. Yadigar Bayramlı-APA. Avqustun 10-dan 12-dək Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) yaranmasının 100 illiyi münasibəti ilə Moskvada aviaşou keçiriləcək. APA-nın Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, şouda “Su-24”, “Su-25”, “Su -27”, “MiQ-29”, “MiQ-31”, “Yak-130” təyyarələri, “Mi” və “Ansat” tipli müxtəlif helikopterlər nümunəvi uçuşlar həyata keçirəcəklər. Tədbirdə həmçinin Rusiyada istehsal olunan yeni aviasiya texnikaları nümayiş etdiriləcək.

Aviaşouya bir çox ölkələrin nümayəndə heyəti dəvət olunub. Azərbaycan HHQ-nin nümayəndə heyəti və komandanın da tədbirdə iştirakı gözlənilir. Tədbir çərçivəsində HHQ nümayəndə heyətləri üçün təqdimatların keçirilməsi də nəzərdə tutulur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR