Rafet El Roman Bakıdadır

Rafet El Roman Bakıdadır
# 09 iyun 2012 10:12 (UTC +04:00)
Müğənni sabah Bakıda konsert verəcək

Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyənin tanınmış müğənnisi Rafet El Roman ötən gecə Bakıya gəlib. Müğənninin Bakıya səfərinin məqsədi iyunun 10-da Bakıda konsert proqramı ilə çıxış etməkdir. Konsertin təşkilatçısı Nahid Emiloğlunun APA-ya verdiyi məlumata görə, türkiyəli müğənni “Meridian” restoranında azərbaycanlı gənc müğənni Sevda Yəhyayeva ilə eyni səhnəni bölüşəcək. Hər iki müğənni repertuarlarındakı yaddaqalan mahnıları canlı ifa edəcəklər. Rafet El Roman iyunun 11-də Türkiyəyə qayıdacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR