Nazir: “Azərbaycanda təhsil alan əcnəbilərin sayı xeyli azalıb”

Nazir: “Azərbaycanda təhsil alan əcnəbilərin sayı xeyli azalıb”
# 04 iyul 2012 08:54 (UTC +04:00)
Gəncədə də üç universitet var. Gəncədəki Azərbaycan Aqrar Universitetinin ərazisində yataqxana kompleksinin tikintisi nəzərdə tutulur. Yataqxana komplekslərinin tikintisindən sonra Azərbaycanda təhsil almağa gələn əcnəbi gənclərin sayı artacaq”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib.

Nazir onu da qeyd edib ki, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı azalıb. O, bunun səbəblərindən biri kimi Azərbaycanda yataqxana probleminin olmasını göstərib.

M. Mərdanovun sözlərinə görə, 2008-2009-cu illərdə BDU-da 1249 əcnəbi tələbə təhsil alırdısa, 2011-2012-ci tədris ilində bu rəqəm 724 olub. Tibb Universitetində isə 2008-2009-cu tədris ilində 444, 2011-2012 tədris ilində 261 əcnəbi təhsil alıb. Nazir, digər universitetlərdə də bu sayın iki dəfə azaldığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR