Prezident İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
# 24 sentyabr 2012 19:12 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, söhbət zamanı səfir İsmail Alper Coşkun Türkiyə prezidenti Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan prezidentinə çatdırıb. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin böyük inkişaf yoluna qədəm qoyduğu bir dövrdə Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edib. İsmail Alper Coşkun Azərbaycandakı diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini deyib.
Bu yaxınlarda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının uğurla keçdiyini və yüksək nəticələr əldə edildiyini qeyd edən dövlət başçısı əlaqələrimizin qarşıdakı illərdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyənin dünya miqyasında ən sıx əlaqələri olan ölkələr olduğunu və əməkdaşlığımızın bütün sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edib.
Prezident İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR