Təhsil naziri istedadlı şagirdlər üçün xüsusi lisey siniflərinə şagird qəbulunun aparılması barədə əmr imzalayıb

Təhsil naziri istedadlı şagirdlər üçün xüsusi lisey siniflərinə şagird qəbulunun aparılması barədə əmr imzalayıb
# 31 avqust 2012 09:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil naziri Misir Mərdanov istedadlı şagirdlər üçün xüsusi lisey siniflərinə şagird qəbulunun aparılması barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, əmr "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"ndan irəli gələn göstərişləri rəhbər tutaraq respublikanın şəhər və rayonlarında istedadı ilə fərqlənən V, VI və VII sinif şagirdlərinin xüsusi lisey siniflərinə qəbulunun obyektiv və şəffaf keçirilməsini təmin etmək məqsədilə verilib. Əmrdə qeyd edilib ki, bölgələr üzrə müəyyən olunmuş şəhər və rayonların qeyd edilən təhsil müəssisələrinin bazasında xüsusi istedadı ilə fərqlənən şagirdlərin xüsusi lisey siniflərinə qəbulu ilə bağlı sənəd qəbulu bu ay ərzində aparılıb, müsahibə və qiymətləndirmə isə sentyabrın 7-8-də Gəncə şəhəri 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü liseydə, Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziyada, Mingəçevir şəhəri İ.Qayıbov adına 10 nömrəli tam orta məktəbdə, Şirvan şəhəri S.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə, Lənkəran şəhəri S.Kazımbəyov adına şəhər 6 nömrəli tam orta məktəbdə, Şəki şəhəri 19 nömrəli tam orta məktəbdə, Quba rayonu A.Məmmədov adına təbiət fənləri təmayüllü 2 nömrəli məktəb-liseydə, Ağdaş rayonu S.Vurğun adına şəhər 1 nömrəli tam orta məktəbdə aparılacaq.

Xüsusi lisey siniflərinə şagird qəbulu Azərbaycan dili və riyaziyyat fənləri üzrə ümumi sayı 50 sual olmaqla qiymətləndirmə vasitələri əsasında keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR