Eldar Sabiroğlu Müdafiə Nazirliyində yoxlamalar barədə xəbərlərə münasibət bildirib

Eldar Sabiroğlu Müdafiə Nazirliyində yoxlamalar barədə xəbərlərə münasibət bildirib
# 09 oktyabr 2012 08:23 (UTC +04:00)
Son zamanlar belə informasiyaları tez-tez dövriyyəyə buraxırlar. Görünür ki, dürüst mövzu tapmayanda bu cür yalanlarla günü yola verirlər. Onların iş üslubuna yalnız gülmək olar”.

Bunu APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib.

Qeyd edək ki, mətbuatda Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşmələrində yoxlamalara başlanacağı barədə məlumatlar yayılıb. Araşdırmaların ölkə ərazisində yerləşən bütün hərbi hissələri əhatə edəcəyi açıqlanıb.

Yoxlamaların aparılması təklifinin ölkə prezidentinin hərbi müşaviri, general-leytenant Vahid Əliyev tərəfindən verildiyi bildirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR