Azərbaycan bu gündən ABS sistemi və təhlükəsizlik yastıqları olmayan avtomobillərin idxalı və istehsalına qadağa qoyub - YENİLƏNİB

Azərbaycan bu gündən ABS sistemi və təhlükəsizlik yastıqları olmayan avtomobillərin idxalı və istehsalına qadağa qoyub - <font color=red>YENİLƏNİB</font>
# 01 may 2012 06:30 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş «Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası» standartının tələblərinə əsasən, sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2012-ci il mayın 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyat vasitələrində ən azı bir təhlükəsizlik yastığı (air bag) və ABS tipli əyləc sistemi olmalıdır. Tələblər tam ötürücü transmissiyalı avtomobil nəqliyyat vasitələrinə aid deyil. Standartın bu tələblərinə cavab verməyən avtomobillərin idxalına və istehsalına müvafiq qurumlar tərəfindən icazə verilməyəcək.

Bu günlərdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, ilkin olaraq “VAZ-2107” markalı avtomobillərin, daha sonra “VAZ-21014” və “VAZ-21015” markalı avtomobillərin Azərbaycana idxalına qadağa qoyulacaq: “Yeni standartlara cavab verməyən avtomobillərin Azərbaycana idxalının dayandırılması mərhələ-mərhələ həyata keçiriləcək. Bunun son tarixi oktyabr ayı ola bilər. Ondan sonra isə yalnız modifikasiya olunmuş avtomobillər idxal olunacaq. Dövlət zəmanəti ilə bağlı olan sazişlərə əsasən “VAZ-21014” və “VAZ-21015” markalı avtomobillərin Azərbaycana idxalı bu ilin oktyabr ayına qədər davam edə bilər. Həmin müddət bitdikdən sonra bu avtomobillərin yalnız yenilənmiş forması ölkəyə idxal oluna bilər”.

Qeyd edək ki, cari ilin əvvəlinə Azərbaycanda 1 mln-dan çox avtonəqliyyat vasitəsi qeydiyyata alınıb, onlardan 400 minini və ya 40%-ni təhlükəsizlik səviyyəsi aşağı həddə olan minik avtomobilləri təşkil edib. Ötən il ölkə ərazisində baş verən yol qəzalarının sayı 2010-cu ilə nisbətən azalsa da, qəzaların 50%-dən çoxu minik avtomobilləri tərəfindən törədilib. Qəza hadisələrinin texniki baxımından təhlili göstərir ki, ağır nəticələrin əsas səbəbləri xüsusilə təhlükəsizlik yastıqlarının olmaması və əyləc yolunun uzun olması ilə bağlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR