Azərbaycanda məhkəmə prosesi zamanı intihara cəhd edilib

Azərbaycanda məhkəmə prosesi zamanı intihara cəhd edilib
# 29 may 2012 14:23 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumata görə, hadisə bu gün saat 15.40 radələrində Lənkəran Ağır Cinayətlər Məhkəməsində proses zamanı qeydə alınıb. Təqsirləndirilən Şirvan şəhər sakini, 1978-ci il təvəllüdlü Nurəddin Rəcəb oğlu Yusubov məhkəmə prosesi zamanı özü ilə gətirdiyi kəsici alətlə əlini və venasını doğrayıb. Sol əlinin bilək nahiyəsinin dərin yarası və sağ boyun venasının kəsilməsi diaqnozu ilə təcili Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilən N.Yusubovun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR