Avroparlament Rusiyaya dair qətnamə qəbul edəcək

Avroparlament Rusiyaya dair qətnamə qəbul edəcək
# 07 sentyabr 2012 00:47 (UTC +04:00)
Bakı-APA. Avroparlamentin plenar sessiyasında Rusiyada barələrində hökm çıxarılmış Pussy Riot pank qrupu məsələsinin müzakirəsi planlaşdırılır. Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Sessiya sentyabrın 10-13-də Strasburqda keçiriləcək. Avropa diplomatiyasının başçısı Ketrin Eştonla Avropa İttifaqının xarici siyasəti barədə debatlarda deputatlar Rusiyadakı vəziyyətə diqqət yönəltmək fikrindədirlər.

Müzakirələrin nəticəsi olaraq qətnamə qəbul edilməsi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR