İlhamə Quliyeva 4 günə evə buraxılacaq

İlhamə Quliyeva 4 günə evə buraxılacaq
# 03 sentyabr 2012 10:45 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Avqustun 25-də ürəyindən cərrahiyyə əməliyyatı olunan Azərbaycanın xalq artisti İlhamə Quliyeva 4 günə evə buraxılacaq. Bu barədə APA-ya müğənninin prodüseri Lamiyə Ələkbərova məlumat verib. L. Ələkbərova bildirib ki, İ. Quliyeva özünü çox yaxşı hiss edir: “İlhamə xanım artıq ayağa qalxıb, gəzir. Həkimlər də vəziyyətini yaxşı qiymətləndirirlər. İnşallah 3-4 günə evinə gedib istirahət edəcək”.

L. Ələkbərova çoxlu insanın, sənət dostlarının, rəsmi şəxslərin İlhamə Quliyevanın ziyarətinə gəldiyini də vurğulayıb.

Qeyd edək ki, İlhamə Quliyeva avqustun 25-də Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən cərrahiyyə əməliyyatı olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR