Şirvanda yaşayış binasının eyvanı uçub, 83 yaşlı qoca ağır xəsarət alıb - FOTO

Şirvanda yaşayış binasının eyvanı uçub, 83 yaşlı qoca ağır xəsarət alıb - <font color=red>FOTO</font>
# 06 sentyabr 2012 12:55 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı – APA. Şirvanda yaşayış binasının eyvanı uçub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün saat 03.00 radələrində Şirvan şəhərinin Gülbala Şıxbalaoğlu küçəsində qeydə alınıb. 1956-cı ildə tikilən 2 mərtəbəli 8 mənzilli yaşayış binasının 2-ci mərtəbəsində yaşayan Nəzərov Tofiq Nadir oğluna məxsus mənzilin eyvanı uçub. Eyvana çıxan ev sahibinin atası - 1929-cu il təvəllüdlü Nəzərov Nadir Rzaqulu oğlu uçqun zamanı 2-ci mərtəbədən yerə yıxılıb. Nəticədə 83 yaşlı qoca ağır xəsarət alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR