AZAL Bakı-Aberdin aviareysini dayandırır

AZAL Bakı-Aberdin aviareysini dayandırır
# 26 sentyabr 2012 15:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) oktyabrın 28-dən etibarən Bakı-Aberdin-Bakı müntəzəm birbaşa sərnişin aviareyslərini dayandıracaq. Bu barədə «APA-Economics»ə AZAL-dan bildirilib.

Aviaşirkətdən verilən məlumata əsasən, aviareysin dayandırılması AZAL-ın Londona (Böyük Britaniya) həyata keçirdiyi uçuşların gündəlik rejimə keçirilməsi ilə əlaqədardır: «Azərbaycan və Böyük Britaniya arasında bağlanmış ölkələrarası sazişə əsasən, hər iki tərəfdən həftədə 7 uçuşun həyata keçirilməsinə icazə verilir».

Şirkətdən həmçinin bildirilib ki, Bakı-Aberdin və Aberdin-Bakı istiqaməti üzrə 033 və 034 reyslərinə aviabilet əldə edən sərnişinlərin seçiminə ya alternativ marşrut təqdim olunacaq, ya da biletlərin qiymətinə əsasən sərnişinə məbləğin tam şəkildə geri qaytarılması həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR