Senat Riçard Morninqstarı ABŞ-ın Azərbaycandakı səfiri postuna təsdiqləyib

Senat Riçard Morninqstarı ABŞ-ın Azərbaycandakı səfiri postuna təsdiqləyib
# 30 iyun 2012 11:00 (UTC +04:00)
APA-nın Senatın rəsmi saytına istinadən verdiyi məlumata görə, R. Morninqstarla yanaşı, ABŞ-ın daha 10 ölkədə səfiri təsdiqlənib.

Prosedura görə, namizədliyi Senat tərəfindən təsdiqlənən səfir ABŞ Dövlət Departamentində and içdikdən sonra təyinat aldığı ölkəyə yollanır.

R. Morninqstarın yaxın həftələrdə Azərbaycana gələcəyi gözlənilir.

Qeyd edək ki, prezident Barak Obama bu il aprelin sonunda ABŞ Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi R. Morninstarın ABŞ-ın Azərbaycanda səfiri postuna namizədliyini irəli sürüb. ABŞ Senatının xarici əlaqələr komitəsi iyunun 19-da bu namizədliyi bəyənib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR