Çin İrandan neft ixracına davam edəcək

Çin İrandan neft ixracına davam edəcək
# 23 mart 2012 18:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Çin İrandan neft ixracına davam edəcək. APA-nın məlumatına görə, bunu Çinin Xarici İşlər Nazirliyinin sözcüsü Hunq Li təkrar açıqlayıb. O bildirib ki, ölkəsinin neft ehtiyacını təmin etmək üçün Çin İrandan bundan sonra da neft ixrac edəcək: “ Bu Çinin üçüncü ölkəyə qarşı olduğu demək deyil. Ölkəmiz ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarının əleyhinədir”. H.Li əlavə edib ki, Çin İrana qarşı sanksiyalara qoşulmayacaq.
Qeyd edək ki, İran və Çinin ötən ilki ticarət həcmi 45 milyard dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR