Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil

Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
# 02 may 2024 21:13 (UTC +04:00)

Türkiyə tərəfi özünün "S-400" zenit-raket komplekslərini hər hansı ölkəyə vermək niyyətində deyil.

APA xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər “CNN Türk” telekanalının efirində deyib.

Jurnalist müdafiə nazirindən Kiyevin HHM sistemlərinin Ukraynaya verilməsi xahişi ilə Ankaraya müraciət edib-etmədiyini soruşub.

"S-400"-ləri kiməsə vermək fikrində deyilik”, - nazir cavabında deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR