Haşimi Rəfsəncani: “İran nüvə silahına sahib olmağa səy göstərmir”

Haşimi Rəfsəncani: “İran nüvə silahına sahib olmağa səy göstərmir”
# 26 iyun 2012 16:30 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran nüvə silahı istehsal etmək niyyətində deyil və atom bombasına da sahib olmağa səy göstərmir”. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran Məsləhət Şurasının sədri, eks-prezident, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani İspaniyanın Tehrandakı yeni səfiri Pedrso Veena ilə görüşündə bildirib. Onun sözlərinə görə, Avropa ölkələrinin İrana qarşı şübhələri artıb: “Ona görə də böyük bir xətaya yol vermək eşiyindədirlər. Gərək İspaniya belə bir xətaya yol verməsin. Biz Avropa Birliyinin üzvü olaraq İspaniyanın bu şübhələri və səhvləri aradan qaldırılmasında təsirli addımlar atmasını ümid edirik”.
H. Rəfsəncani deyib ki, sülh məqsədli nüvə enerjisindən istifadə etmək bütün millətlərin, həmçinin İranın haqqıdır: “Sizin və bizim əhəmiyyətli işimiz bu şübhələrin aradan qaldırılması və qarşılıqlı etimad mühitinin təmin edilməsi üçün bir səy ola bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR