Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib
# 01 oktyabr 2012 13:48 (UTC +04:00)
Bakı - APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

İclasda həmçinin ölkədəki ictimai-siyasi vəziyyət, o cümlədən yol-nəqliyyat hadisəsinin törədilməsində günahkar bilinərək həbs edilən Nigar Yaqublu ilə bağlı məsələ, habelə “NİDA” Vətəndaş Cəmiyyəti İdarə Heyətinin üzvü Zaur Qurbanlının həbsi ətrafında müzakirələr aparılıb.

İclasda İctimai Palatanın rayon şöbələrinin dünən keçirilən yığıncaqları barədə məlumat dinlənilib və müzakirə edilib. Toplantıda son vaxtlar ölkə gündəmini bürümüş məşhur video qalmaqalı ilə bağlı məsələ də müzakirə olunub. Sonda Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı ilkin müzakirələr aparılıb və prosesin diqqətlə izlənilməsinin vacibliyi qeyd olunub.

Qeyd edək ki, Müsavat Partiyasının nümayəndələri də rəsmi şəkildə Gürcüstanda keçirilən seçkiləri müşahidə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR