Xocalı soyqırımının anım mərasimlərində dava düşüb - YENİLƏNİB

Xocalı soyqırımının anım mərasimlərində dava düşüb - <font color=red>YENİLƏNİB</font>
# 29 fevral 2012 22:19 (UTC +04:00)
Bakı-APA. Ankara Universitetində Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbirində insident baş verib. APA-nın Türkiyənin Doğan Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, azərbaycanlı tələbələrin hazırladığı bu aksiya bir qrup solçu tələbənin etirazına səbəb olub.

Etiraz əlbəyaxa dava ilə nəticələnib. Nəticədə iki tələbə yaralanıb, onlar xəstəxanaya yerləşdirilib.

Tələbələri sakitləşdirmək üçün universitetə polis qrupu çağırılıb. Polis gözyaşardıcı qaz vasitəsilə tələbələri dağıtmağa nail olub.


Fevralın 28-də isə Hacettəpə Universitetində belə bir insident yaranıb. Rektor Murad Tuncərin universitetin saytında yayımlanan açıqlamasında Xocalı qətliamını anmaq üçün bir qrup azərbaycanlı tələbə və qonağın keçirmək istədiyi tədbirin başqa bir qrup tərəfindən hücuma məruz qaldığını bildirib. Rektor deyib ki, universitetdə demokratik mühitin yaradılması sadəcə tələbələrə daha faydalı olmaq üçündür: “Lakin bundan sui-istifadə edərək, fərqli dünən insanlara qarşı fiziki güc tətbiq etmək, bülletenlərin yayılmasını əngəlləmək, yoldaşlarına zor tətbiq etməyi özünə yaraşdıranlar Hacettəpəli ola bilməz”.
Tədbiri pozmağa cəhd edən tələbələr barəsində araşdırma başladıldığını deyən rektor səbəbkarların cəzalandırılacağını bildirib.

Qeyd edək ki, bu ilin 25 fevralında da Hacettəpə Universitetində, fevralın 28-də isə Ankara Universitetində Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Xocalını anma tədbiri keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR