Azərbaycan prezidenti Bakının Nizami rayon prokuroru ilə bağlı təqdimat verib

Azərbaycan prezidenti Bakının Nizami rayon prokuroru ilə bağlı təqdimat verib
# 09 oktyabr 2012 12:54 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı şəhərinin Nizami rayonunun prokuroru Mahir Muradovun vəzifəsi dəyişdirilir. APA-nın məlumatına görə, M. Muradov Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq. Bununla bağlı təqdimat Azərbaycan prezidenti tərəfindən edilib. Müvafiq sənəd Milli Məclisin (MM) müzakirəsinə verilib. MM məsələyə növbəti plenar iclaslardan birində baxacaq.

Qeyd edək ki, oktyabrın 8-də prezident İlham Əliyev Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayevin səlahiyyətlərinə xitam verilməsi haqqında sərəncam imzalayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR