Siyəzəndə 20 yaşlı gənc bıçaqlanıb

Siyəzəndə 20 yaşlı gənc bıçaqlanıb
# 03 mart 2012 16:15 (UTC +04:00)
Siyəzən. Vəli Turan - APA. Bu gün Siyəzən rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Siyəzən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 1992-ci il təvəllüdlü Siyəzən rayon sakini İsayev Oruc Ələddin oğlu 19 yaşlı Rəşad İlyasov tərəfindən bıçaqlanıb. Xəsarət alan şəxs Siyəzən Regional Müalicə Diaqnostika mərkəzinə çatdırılıb.

Tibb müəssisəsindən bildirilib ki, O.İsayev boyun və qarın nahiyəsindən bıçaq zərbəsi alıb və çoxlu qan itirib. Hazırda xəsarət alan şəxs əməliyyat olunur.

Hadisəni törədən R.İlyasov isə könüllü şəkildə Siyəzən rayon Polis Şöbəsinə gələrək təslim olub. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR