Dow Jones indeksi 0,5%, S&P 500 1,0%, Nasdaq 1,4% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 1,0%, Nasdaq 1,4% yüksəlib
# 28 sentyabr 2012 09:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 13 486 bəndədək, S&P 500 1,0% - 1 447 bəndədək, Nasdaq 1,4% - 3 137 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına makroiqtisadi göstəricilər təsir edib. Belə ki, işsizlik üzrə ilkin müraciətlərin sayının ötən həftə azalması bazara yüksəldici, uzunmüddətli istifadə olunan mallara sifarişlərin və mənzil bazarında əqdlərin sayının avqust ayında azalması isə bazara endirici təsir göstərib.

Avropa fond bazarlarında sentyabrın 27-də FTSE 100 indeksi 0,2% - 5 779 bəndədək, Almaniya DAX-ı 0,2% - 7 290 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 439 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% artaraq 1 783,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2934 (+0,5%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR