«Texnikabank» iyun ayında sürətli pulköçürmələrinin həcmini açıqlayıb

«Texnikabank» iyun ayında sürətli pulköçürmələrinin həcmini açıqlayıb
# 09 iyul 2012 08:59 (UTC +04:00)
Bakı Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC 2012-si ilin iyun ayında sürətli pulköçürmələrinin həcmini açıqlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin may ayının sonuna köçürmələr üzrə daxil olan vəsaitlərin həcmi 8,84 mln. manat təşkil edirdisə, bu göstərici may ayı ilə müqayisədə 9,7% artaraq iyun ayında 9,7 mln. manat təşkil edib.

Ümumilikdə isə iyun ayında göndərilən və daxil olan köçürmələrin həcmi 11,5 mln. manat olub.

Qeyd edək ki, hazırda «Texnikabank» «Western Union», «PrivatMoney», «Contact», «Miqom», «Zolotaya Korona», «Caspian Money Transfer», «Blizko», «Bıstraya poçta», «Lider», «Faster», «Xpress Money», «IBA-Express» sistemlərinin xidmətindən istifadə edir.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildə təsis olunub. Bankın 35 filialı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR