Çempionlar Liqasının yeni mövsümünə start verilib

Çempionlar Liqasının yeni mövsümünə start verilib
# 04 iyul 2012 08:39 (UTC +04:00)
İlk matçlar çərçivəsində baş tutan 3 qarşılaşma məhsuldarlığı ilə seçilib. Bir oyun qolsuz bitsə də, digərlərində üst-üstə 15 top vurulub. “Cırtdan ölkə” təmsilçilərinin darmadağın olduğu gün Malta və Lüksemburq futbol tarixinə düşüb. Belə ki, tarixi boyu ortabab rəqiblərin darmadağın etdiyi “Dudelanj” və “Valletta” özləri üçün qeyri-adi hesabla qələbə qazanıb. Poker, dubl, hətta avtoqolun qeydə alındığı günədək Malta və Lüksemburq klublarının belə hesabla sevinməsi görünməmiş hadisə sayılırdı. Çünki indiyədək onların nəinki belə qələbələrinə rast gəlinmirdi, hətta ümumiyyətlə nadir hallarda sevinirdilər.

3 iyul

Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyunlar

“Dudelanj” (Lüksemburq) – “Tre Penne” (San-Marino) – 7:0
Melis, 25, Benzouyen, 29, 53, Leqros, 47, Yoahim, 51, 90, Dorsi, 78-öz qapısına

“Valetta” (Malta) – “Lusitans” (Andorra) – 8:0
Karuana, 4, Mifsud, 10, 18, 45, 70, Connatan, 17, 23, Aqius, 72

“Linfild” (Şimali İrlandiya) – “Torshavn” (Farer adaları) – 0:0
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR