«Eurovision-2012» müsabiqəsinin iştirakçıları Bakıya gəlir - VİDEO
12 may 2012 08:39 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. «Eurovision-2012» beynəlxalq mahnı müsabiqəsində iştirak edəcək nümayəndə heyətləri artıq Bakıya gəlməyə başlayıb. APA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mayın 12-nə keçən gecə Monteneqro, Latviya və Belçikanın nümayəndə heyətləri Bakıya gəlib.
Latviya təmsilçisi Anmari tamaşaçıları Azərbaycan dilində salamlayaraq «Sarı gəlin» xalq mahnısını canlı ifa edib. «Elə bil ikinci Vətənimdəyəm» deyən Anmari hamını Bakıya gecə gəlməyə səsləyib. O, Bakının gecələrinə vurulduğunu bildirib: «Bakının havası, işıqları mənə vətənimi xatırlatdı. Elə bildim ikinci vətənimdəyəm». Anmari bütün «Eurovision» tamaşaçılarına belə müraciət edib: «Bizi sevin! Çünki biz sizin ölkənizi sevirik».
Monteneqro nümayəndə heyətinin rəhbəri Lidija Backoviç Bakıya ikinci səfərindən məmnunluğunu dilə gətirib: «İlk səfərimdə şəhəri gəzmək fürsətim olmadı. Ümid edirəm ki, bu dəfə mədəniyyətinizdən və şəhərinizin gözəlliyindən doyunca zövq almaq imkanım olacaq».

Mədəniyyət siyasəti
Rəqəmsal yaradıcı həftəsonu elan olunur
15:30
30 may 2024
Əməkdar artist Elşən Rüstəmov: “İtkin gəlin”dəki rolumdan sonra mənə deyirdilər, gəl toyumuzda tamada ol - MÜSAHİBƏ
13:42
30 may 2024
Azərbaycan Milli Xalça Muzeyinə direktor təyin olunub
12:05
30 may 2024
Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub
11:54
30 may 2024