Azərbaycan 27 ölkə ilə hərbi sahədə əməkdaşlığa dair müqavilələr imzalamağa hazırlaşır

Azərbaycan 27 ölkə ilə hərbi sahədə əməkdaşlığa dair müqavilələr imzalamağa hazırlaşır
# 02 may 2012 07:16 (UTC +04:00)
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu günədək Azərbaycan dünyanın 29 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb. Hazırda 27 ölkə ilə analoji sənədlərin imzalanması müzakirə edilir.

İkitərəfli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə orta hesabla 300-400 müxtəlif dil və ixtisas kursları, işçi görüşləri, seminarlar, konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları, məsləhətləşmələr və digər tədbirlər planlaşdırılaraq həyata keçirilir. Bu tədbirlərə hər il Silahlı Qüvvələrin 1500-dək nümayəndəsi qatılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR