Fransanın İrandakı səfirliyinin qarşısında növbəti aksiya keçirilib

Fransanın İrandakı səfirliyinin qarşısında növbəti aksiya keçirilib
# 25 sentyabr 2012 11:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Sentyabrın 24-də İranın paytaxtı Tehran şəhərində bir qrup müəllim və tələbə Fransanın bu ölkədəki səfirliyinin qarşısında növbəti etiraz aksiyası keçirib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, buna səbəb Fransanın “Charlie Hebdo” yumor jurnalının Məhəmməd peyğəmbərin karikaturasını dərc etməsidir.

Yüzlərlə nümayişçi “Fransa səfiri İrandan qovulsun!”, “Rədd olsun İsrail!”, “Rədd olsun ABŞ!” və başqa şüarlar səsləndiriblər. Aksiyada İsrail, ABŞ və Fransa bayraqları yandırılıb. Eyni zamanda nümayişçilərdən biri fransızca çıxış edərək, bu cür cəhdləri kəskin şəkildə qınadıqlarını bildirib. Aksiya mətbuat açıqlamasının oxunması ilə başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR