Bakının mərkəzində yeni kanalizasiya kollektoru çəkilir - FOTO
02 may 2012 13:13 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC Bakı şəhərinin kanalizasiya sisteminin yaxşılaşdırılması və Xəzər dənizinin ekologiyasının daha yaxşı qorunması istiqamətində kompleks tədbirləri davam etdirir.
ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirlər planına uyğun olaraq Bakı şəhəri Tbilisi prospektindən başlayaraq Həsən Əliyev və F.X.Xoyski küçələrindən keçməklə Ə.Qayıbov küçəsinə qədər yeni kanalizasiya kollektoru çəkilir.
Layihəyə əsasən 6010 metr uzunluğunda olan kollektor diametri 1400 mm olan GRP (şüşəlifli) borularla inşa edilir. Kanalizasiya xəttinin keçdiyi ərazidə dəmir yolu xəttinin olması nəzərə alınaraq kollektorun buradan keçən hissəsində 622 metr uzunluğunda tunel qazılır. Artıq layihə üzrə işlərin 90%-ə qədəri başa çatıb və kollektorun cari ilin sonuna qədər istismara verilməsi nəzərdə tutulur.
Yeni kanalizasiya xətti istismara verildikdən sonra Binəqədi, Yasamal, Nəsimi və Nərimanov rayonlarının bir hissəsindən axan çirkab suları toplanaraq özüaxımlı rejimdə Ə.Qayıbov küçəsindən keçən Sənaye zonası kollektoruna, buradan isə təmizlənmək üçün Hövsan Aerasiya Stansiyasına ötürüləcək. Üstəlik, yağıntılı dövrlərdə həmin ərazilərdə toplanan yağış suları da yeni kollektora axıdılacaq. Bununla bu istiqamətdən çirkab suların Bakı buxtasına birbaşa axıdılmasının qarşısı tam alınacaq.

İnfrastruktur
Bakıda 5 marşrut avtobusunun hərəkəti dəyişdirilir
19:01
22 may 2024
Ev təsərrüfatlarının uçotu qaydası təsdiq edilib
18:35
22 may 2024
8 Noyabr prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:18
22 may 2024
Dünya Bankı Qara dəniz sualtı elektrik kabeli layihəsi üçün 30 milyon dollar ayırıb
15:01
22 may 2024