Macarıstanın “Xidmətlərə görə” komandor xaç ordeni Nərgiz Paşayevaya təqdim edilib-FOTO

Macarıstanın “Xidmətlərə görə” komandor xaç ordeni Nərgiz Paşayevaya təqdim edilib-<font color=red>FOTO</font>
# 30 aprel 2012 20:38 (UTC +04:00)
Bakı-APA. Bu gün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya Macarıstanın “Xidmətlərə görə” komandor xaç ordeninin təqdim edilməsi mərasimi keçirilib.

APA-nın xəbərinə görə, N. Paşayeva macar mədəniyyətinin Azərbaycanda təbliği istiqamətindəki fəaliyyətinə görə Macarıstanın dövlət başçısının sərəncamı ilə bu təltifə layiq görülüb.

Mərasimdə Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora Macarıstan prezidentinin N. Paşayevanın ordenlə təltif edilməsi barədə sərəncamını oxuyub.

Səfir çıxışında iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, mədəni tədbirlərin xalqları bir-birinə daha da yaxınlaşdırdığını bildirib. Nərgiz Paşayevanın bu istiqamətdəki rolunu xüsusi vurğulayan diplomat Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviq olunmasında da xüsusi rola və əhəmiyyətə malik olduğunu qeyd edib.

N. Paşayeva Macarıstan prezidentinin sərəncamı ilə yüksək mükafata layiq görülməsinin onu qürurlandırdığını, bunun iki ölkə arasında mədəni dialoqun inkişafına göstərilən diqqətin bariz nümunəsi olduğunu deyib.

Macarıstanın mədəni irsi barədə danışan professor Qərbin bir çox məşhur bəstəkarının məhz macar xalq musiqisinin təsiri altında yaşayıb-yaratdıqlarını vurğulayıb.

N. Paşayeva “ÜNS” yaradıcılıq səhnəsinin dəvəti ilə Bakıda çıxış etmiş məşhur macar vokalisti və bəstəkarı Marta Sebestyenin də bu ordenə layiq görüldüyünü xatırladıb.

N. Paşayeva bu mükafata təkcə rektor və “ÜNS” yaradıcılıq səhnəsinin bədii rəhbəri kimi deyil, həm də Azərbaycanın nümayəndəsi kimi layiq görülməyinin xüsusi əhəmiyyət daşıdığını və qürurverici olduğunu da vurğulayıb.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Tədbirdə Macarıstanın “Duna” kvartetinin və rəqs duetinin çıxışları olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR