Azərbaycan hökuməti Bosniya və Herseqovinada “Dostluq Parkı” və abidə kompleksinin tikintisinə 408 min avro ayırıb

Azərbaycan hökuməti  Bosniya və Herseqovinada “Dostluq Parkı” və abidə kompleksinin tikintisinə 408 min avro ayırıb
# 08 fevral 2012 09:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində “Dostluq Parkı” və abidə kompleksinin tikintisi və bərpa-təmir işlərinin aparılması ilə bağlı sərəncam imzalayıb. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Sərəncamda “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”na əsasən Bosniya və Herseqovinanın Sarayevo şəhərində “Dostluq Parkı” və abidə kompleksi ilə bağlı tikinti və bərpa-təmir işlərinin başa çatdırılması məqsədilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Xarici İşlər Nazirliyinə 408259 avro məbləğində vəsaitin manat ekvivalentinin ayrılması tapşırılıb.

Tikinti işlərinin yerinə yetirilməsinə təxirə salınmadan başlanmasının və qısa müddət ərzində başa çatdırılmasının vacibliyini nəzərə alaraq Xarici İşlər Nazirliyinin bu işlər üzrə layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlamasına icazə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR