Deputat: “MTN-in Təcridxanası Ədliyyə Nazirliyinin tabeliyinə verilməlidir”

Deputat: “MTN-in Təcridxanası Ədliyyə Nazirliyinin tabeliyinə verilməlidir”
# 04 may 2012 11:59 (UTC +04:00)
APA-nın məlumatına görə, Q. Həsənquliyev deyib ki, həbs olunmuş şəxs onun istintaqını aparan orqanın tabeliyindəki qurumda saxlanılmamalıdır: “MTN-in Təcridxanası Ədliyyə Nazirliyinin tabeçiliyinə verilməlidir”.

Q. Həsənquliyev bildirib ki, hazırda qanunda əksini tapmadığı halda, istintaq təcridxanalarında məhkumun saxlanılması hallarına yol verilir: “Ya bu məsələ qanuna uyğun şəkildə tənzimlənməli, ya da qanunda dəyişiklik edilərək, müstəsna hallarda məhkumun istintaq təcridxanasında saxlanılmasının mümkünlüyü qeyd edilməlidir”.

Lakin MM Aparatının şöbə müdiri Lətif Hüseynov bu təkliflə razılaşmadığını bildirib.

Q. Həsənquliyev diqqəti Quba hadisələrinə görə həbs olunmuş şəxsin vəkili ilə görüşünə icazə verilməməsinə də yönəldib. O, vəkilin mətbuata bu barədə açıqlama verdiyini, həbs olunmuş şəxsin vəkili ilə görüşünə icazə verilməməsi faktının narahatedici olduğunu vurğulayıb.

Q. Həsənquliyev layihədə saxlanılan və ya tutulan şəxslərin gündəlik qəzetlər istisna olmaqla, öz vəsaiti hesabına qəzet və jurnallara abunə yazılması barədə hüquqların verilməsi məsələsində çatışmazlıq olduğunu deyib: “Axı niyə gündəlik qəzetlər istisna olunur? Gündəlik qəzetlərin oxunmasına da icazə verilməlidir”.

Deputat, həmçinin deyib ki, saxlanılan və ya həbs olunan şəxslərin yaxınları vəfat edərsə, onların yas mərasimində iştirakına şərait yaradılmalıdır: “Bu məsələ qanun layihəsində əksini tapmalıdır”.

O, digər maddələrlə bağlı da iradlar səsləndirib.

Komitə üzvü Rövşən Rzayev isə deyib ki, Q. Həsənquliyevin təklifləri üzərində düşünmək olar: “Onun bir sıra təkliflərini qəbul etmək mümkündür”.

İclasda iştirak edən ATƏT-in Bakı Ofisinin nümayəndəsi Monika Martinez də Q. Həsənquliyevin bir sıra təkliflərini dəstəkləyib, həmçinin bəzi təkliflər səsləndirib. Lakin o, ümumilikdə belə bir qanunun qəbul olunmasını müsbət qiymətləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR