AEBA-nın icraçı direktoru: “Mən Qərbin kuklası deyiləm”

AEBA-nın icraçı direktoru: “Mən Qərbin kuklası deyiləm”
# 16 sentyabr 2012 13:06 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amano bildirib.

Onun sözlərinə görə, İran həmin mesajı anlayıb agentliklə əlaqəyə keçməlidir: “Bu bizim İranla bağlı hədəfimizdir. Mən süni bir ultimatum havası yaratmaq istəmirəm. Mən hər işi sınadıq da demirəm. Məqsədi yalnız İranla görüşmək olan bir dairə içərisində hərəkət etməyi də sevmirəm. Bu məsələdə nəticə əldə olunması lazımdır. İranın nüvə proqramının müzakirə yolu ilə həll oluna biləcəyinə inanıram”.

Y. Amano həmçinin qərb ölkələrinin siyasətini yürütdüyünə dair iddiaları da rədd edib: “Mən qərbin kuklası deyiləm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR