“Apple”in rüblük mənfəəti iki dəfə artıb
25 aprel 2012 10:54 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın “Apple” korporasiyasının xalis mənfəəti bu ilin martın 31-də başa çatmış 2011-2012-ci maliyyə ilinin II rübündə iki dəfə artaraq 6 mlrd. dollardan 11,6 mlrd. dollara yüksəlib.
“APA-Economics”in xəbərinə görə, şirkətin gəlirləri 59% artaraq 39,2 mlrd. dollar təşkil edib.
Hesabat dövründə “Apple” 35,1 mln. ədəd (+88%) “iPhone” smartfonu satıb. “iPad” planşet kompyuterlərinin satışında 151% artım qeydə alınıb. “Mac” kompyuterlərinin satışı 7% (4 mln. ədədə qədər) artıb, “iPod” pleyerlərinin satışı isə 15% (7,7 mln. ədədə qədər) azalıb. ABŞ xaricində satışlar şirkətin gəlirlərinin 64%-ni təşkil edib.
Bu nəticələr “Apple” tarixinin ən yaxşı nəticələrindən sayılır. Şirkətin rəhbəri Tim Kuk növbəti rübdə 34 mlrd. dollar gəlir proqnozlaşdırır.

İnfrastruktur
ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
17:03
10 may 2024
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edəcək
16:48
10 may 2024
AZAL-ın kollektivi Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTO
14:49
10 may 2024
Səfir: Türkiyə şirkətləri bundan sonra da Qarabağda quruculuq işlərində fəal iştirak edəcək
12:34
10 may 2024