Azərbaycanda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Azərbaycanda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
# 29 sentyabr 2012 10:04 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istindən verdiyi məlumata görə, Ucar rayonu, Qazıqumlaq kəndində vətəndaşa məxsus “Opel” markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü - 1965-ci il təvəllüdlü Fazil Xıdır oğlu Kərimov və bir sərnişin ölüb. Yanğınsöndürən-xilasedicilər sıxılmış vəziyyətdə qalmış F. Kərimovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR