Azərbaycanın Mingəçevir şəhərində ailə faciəsi baş verib

Azərbaycanın Mingəçevir şəhərində ailə faciəsi baş verib
# 11 aprel 2012 09:25 (UTC +04:00)
Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə şəhərin N. Nərimanov küçəsi 17/2, mənzil 44-də yaşayan, 1987 təvəllüdlü Aişən İsgəndərova həyat yoldaşı, 1987-ci il təvəllüdlü Elmin İsgəndərovla aralarında baş vermiş ailədaxili mübahisə zəminində özünü ikinci mərtəbədən atıb. Hadisə yerində olan vətəndaşların köməkliyi ilə qadın təcilli xəstəxanaya aparılıb, vəziyyəti ağırdır. Bunu görən E. İsgəndərov həyat yoldaşının öldüyünü zənn edib və qollarını doğrayaraq intihara cəhd edib. O da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polisdən həmçinin bildirilib ki, adıçəkilən cütlük bir ay əvvəl ailə həyatı qurubmuş.

Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR