Maliyyə Nazirliyi tərəfindən daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib

Maliyyə Nazirliyi tərəfindən daha bir sığorta şirkətinə müddətsiz lisenziya verilib
# 05 aprel 2012 15:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən «Azərbaycan Sənaye Sığorta» ASC-yə müddətsiz lisenziya verilib.

Maliyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, əvvəllər verilmiş lisenziyanın müddətinin başa çatması ilə əlaqədar Maliyyə Nazirliyinin müvafiq əmri ilə 2012-ci il aprelin 2-də «Azərbaycan Sənaye Sığorta» ASC-yə sığorta fəaliyyətinə müddətsiz lisenziya verilib.

Xatırladaq ki, təsisçiləri «Anadolu İnvestment Kompani» MMC (50%), «Azərbaycan Sənaye Bankı» (45%) və «Azərbaycan Sənaye Lizinq» MMC (5%) olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Cari ilin mart ayının 1-nə şirkətin nizamnamə kapitalı 6 mln. manat təşkil edib. Hazırda şirkət 28 könüllü və 1 icbari sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR