Hacıqabul sakini özünü doğrayıb

Hacıqabul sakini özünü doğrayıb
# 14 aprel 2012 15:57 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynallı – APA. Hacıqabulda intihar hadisəsi baş verib. Hacıqabul rayon Prokurorluğunun böyük müstəntiqi Vüqar Məlikovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Hacıqabul şəhər sakini, 1965-ci il təvəllüdlü Ələkbərov Tapdıq Ələkbər oğlu evinin hamamında mətbəx bıçağı ilə boğazına və sol döş nayihəsinə xəsarətlər yetirmək və sol qolunu 3 yerdən kəsməklə intihar edib.

T. Ələkbərovun yaxınlarının iddiasına görə, intihara mərhumun təxminən 2000 manat borcunun olması və bu borcu ödəyə bilməməsi səbəb olub. Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR