ARDNŞ-da Rumıniya prezidentinin müşaviri ilə görüş keçirilib

ARDNŞ-da Rumıniya prezidentinin müşaviri ilə görüş keçirilib
# 28 fevral 2012 15:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə ARDNŞ-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Rumıniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb və ölkələr arasında neft-qaz sektorunda əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu söyləyib.

Y.Fota Rumıniya şirkətlərinin Azərbaycanla iqtisadiyyatın bütün sahələrində, xüsusən də neft-qaz sektorunda əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını vurğulayıb.

E.Nəsirov son illər “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” layihələri çərçivəsində, eləcə də ARDNŞ-ın müstəqil işlədiyi yataqlarda qazanılmış uğurlardan danışıb, Azərbaycanda neft-qaz hasilatının rekord səviyyədə yüksəldiyini və yeni qaz yataqlarının kəşf olunduğunu qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR