Misir Mərdanov təhsil müəssisələrində Xocalı soyqırımının 20-ci ildönümünün qeyd olunması barədə əmr imzalayıb

Misir Mərdanov təhsil müəssisələrində Xocalı soyqırımının 20-ci ildönümünün qeyd olunması barədə əmr imzalayıb
# 15 fevral 2012 15:11 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov təhsil müəssisələrində Xocalı soyqırımının 20-ci ildönümünün qeyd olunması barədə əmr imzalayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, əmrə əsasən, Xocalı soyqırımının iyirminci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və Nazirliyin birbaşa tabeliyində olan digər təhsil müəssisələrinin rəhbərlərinə tədbirlər planının icrasını təmin etmələri haqqında göstəriş verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR