Azərbaycanla BMT arasında “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi imzalanıb

Azərbaycanla BMT arasında “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi imzalanıb
# 09 mart 2012 15:13 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Fikrət Akçuranı qəbul edib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir FHN və BMT İnkişaf Proqramı arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib, hər iki qurum arasında davamlı münasibətlərin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini vurğulayıb. Öz növbəsində, F. Akçura aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.

Görüşdə, həmçinin FHN-lə BMT İnkişaf Proqramı arasında “Qloblal İqlim Təşkilatı” tərəfindən təqsdiqlənmiş “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi imzalanıb. Layihənin məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə, Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının iqlim dəyişikliyinin doğurduğu su çatışmazlığı və daşqın təhlükələrinə qarşı hazırlığını artırmaqdır.

Sonda FHN-lə BMT İnkişaf Proqramı arasında əməkdaşlığın hazırki vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR