İsrailin müdafiə naziri: “İrana bir neçə ay vaxt verilə bilər”

İsrailin müdafiə naziri: “İrana bir neçə ay vaxt verilə bilər”
# 23 mart 2012 10:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranın nüvə proqramının müzakirələr və ya sanksiyalar yolu ilə həll edilməsi üçün bir neçə ay vaxt verilə bilər”. APA-nın məlumatına görə, bunu İsrailin müdafiə naziri Ehud Barak İsrail radiosunda çıxışı zamanı deyib.

O bildirib ki, bir neçə ay ərzində İran vətəndaşlarının da məsələ ilə bağlı niyyətləri müəyyən olunacaq: “İran nüvə proqramını qorumağa çalışır və belə bir vəziyyətdə İsrailin daha artıq gözləmək niyyəti yoxdur”.

E.Barak əlavə edib ki, ABŞ və İsrailin əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR