TQDK ibtidai sinif dərslikləri üzrə elmi-metodiki seminarlar keçirir

TQDK ibtidai sinif dərslikləri üzrə elmi-metodiki seminarlar keçirir
# 24 oktyabr 2012 08:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) oktyabrın 23-dən ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqini həyata keçirmək məqsədilə ibtidai sinif dərslikləri üzrə elmi-metodiki seminarlar başlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Komissiyanın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimllərinin iştirak etməsi nəzərdə tutulan elmi-metodiki seminarlar da eyni vaxtda öz işinə başlayıb.

Seminarlarda iştirak etmək arzusunda olanlar TQDK-nın Ümumtəhsil fənləri üzrə dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqi şöbəsinə, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət edib qeydiyyatdan keçməlidirlər.

Seminarın ilk iclasında Bakı şəhərinin 23, 47, 193, 258 saylı tam orta məktəblərin və 160 saylı Klassik qimnaziyanın ibtidai sinif müəllimləri, həmçinin BDU-nun müvafiq kafedrasından və orta məktəblərdən dəvət edilmiş psixoloqlar iştirak ediblər. İclasda seminarın iş qrafiki və iş planı müzakirə edilib. Seminar iclasında TQDK-nın Naxcıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrindən internet vasitəsi ilə onlayn rejimində həmin bölgələrin tam orta məktəblərinin ibtidai sinif müəllimləri də iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR