ICAO: Azərbaycanda aviasiya təhlükəsizliyinin vəziyyəti beynəlxalq standartlara cavab verir

ICAO: Azərbaycanda aviasiya təhlükəsizliyinin vəziyyəti beynəlxalq standartlara cavab verir
# 13 iyul 2012 08:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən aparılmış yoxlamaların nəticələrinə görə, Azərbaycanda aviasiya təhlükəsizliyinin vəziyyəti beynəlxalq standartlara cavab verir. Bu barədə APA-ya Azərbaycan Mülki Aviasiya Administrasiyasından (ADMAA) məlumat verilib.

Məlumatda qeyd olunub ki, ICAO Azərbaycanda aviasiya təhlükəsizliyinin təmin olunması sahəsində keçirilmiş yoxlamanın nəticələrinə dair son hesabatı ADMAA-ya təqdim edib. Audit ICAO qrupu tərəfindən 2012-ci ilin aprel 11-18-də Bakı şəhərində keçirilib.

Hesabata əlavə olunan Cədvələ əsasən, aviasiya təhlükəsizliyinə nəzarət sisteminin qiymətləndirilməsinin kritik elementləri üzrə ICAO-nun standart və tövsiyələrinin effektiv yerinə yetirilməsi ilə bağlı nöqsanların ümumi göstəricisi Azərbaycanda təxminən 16% təşkil edir: «ICAO tərəfindən yoxlamaların aparıldığı 142 dövlətin orta göstəricisi (32%) ilə müqayisədə qeyd etmək lazımdır ki, Azərbaycanda aviasiya təhlükəsizliyinin vəziyyəti beynəlxalq standartlara cavab verir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR