Azərbaycan DİN polis zabitinin və daha bir nəfərin qətlə yetirilməsi barədə məlumat yayıb

Azərbaycan DİN polis zabitinin və daha bir nəfərin qətlə yetirilməsi barədə məlumat yayıb
# 31 avqust 2012 10:07 (UTC +04:00)
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, məlumatda bildirilir ki, avqustun 31-də saat 03.00 radələrində Sabirabad rayonunun Xankeçən kəndi ərazisində, kənd sakinləri Gülhüseyn Abıyevlə Azad Zeynalov arasında münaqişə baş verib.

Qaragünə Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Eldəniz Quliyev baş verə biləcək ağır cinayətin qarşısını almaq və vətəndaşların həyatını xilas etmək məqsədilə təcili olaraq hadisə yerinə gəlib. Polis zabiti münaqişə tərəflərindən intizama riayət etmələrini və qanunsuz hərəkətlərinə son qoymalarını tələb edib. Polisin qanuni tələbinə məhəl qoymayan G.Abıyev ov tüfəngindən atəş açaraq onu və A. Zeynalovu qətlə yetirib, hadisə yerindən qaçıb.

Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.Abıyev tutulub. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR