Azərbaycan Baş Prokurorluğu Maştağada əməliyyat keçirib, icra nümayəndəsi rüşvət faktına görə saxlanıb

Azərbaycan Baş Prokurorluğu Maştağada əməliyyat keçirib, icra nümayəndəsi rüşvət faktına görə saxlanıb
# 04 aprel 2012 09:43 (UTC +04:00)
Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları dünən Bakının Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə icra nümayəndəliyində əməliyyat keçirib. Əməliyyat nəticəsində Maştağa qəsəbəsi üzrə icra nümayəndəsi Arzu Hadıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rüşvət faktı ilə əlaqədar saxlanılıb.

Maştağa icra nümayəndəliyindən APA-ya faktı təsdiqləyiblər. İcra nümayəndəliyindən faktla bağlı ətraflı açıqlama verilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR